ABŞ-ın İraqdakı hərbi iştirakı davam edir
ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, İŞİD-in İraqda məğlubiyyətə uğraması ilə beynəlxalq anti-İŞİD koalisiyası bu ölkədən çıxmayacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Kristian Ceyms ərəbcə yayılan Skay-Nyus telekanalı ilə müsahibədə deyib: Mosulun azad edilməsinə rəğmən, anti-İŞİD koalisiyası terror qrupları ilə mübarizəni və İraqda iştirakı davam etdirmək üçün bu koalisiyanın üzvləri arasında lazımi koordinasiyalar aparmaq niyyətindədir.
ABŞ Dövlət Departamentinin sözçüsü terrorçuların qüvvələr cəzb etmələrinin davam etməsi haqda da xəbərdarlıq edib. Bildirib ki, Vaşinqtonda bu məsələyə baxmaq üçün iş qruplar yaradılıb və onlar həmin fenomenin qarşısını almaq barədə araşdırma aparırlar.
İraqlı qüvvələr İraqın Neynəva vilayətinin mərkəzi sayılan Mosulun şərq bölməsini 2017-ci il yanvarın 24-də İŞİD terrorçularının işğalından çıxardılar və şəhərin qərb hissəsinin azad edilməsi üzrə əməliyyata da cari milad ilinin 19 fevralında başlayıb, onu 29 iyunda başa vurdular.