Sionist rejim Məsciduləqsada cümə namazına mane olub
Sionist rejim polisi bildirib ki, Məsciduləqsada atışma, həmçinin sionistlərin ölmələri və yaralanmalarının ardınca Məsciduləqsa səhnində cümə namazı qılınmayacaq.
IRIB müxbirinin məlumatına görə, sionist hərbçilər bu gün Məsciduləqsanın gözətçilərini həbs və onların mobil telefonlarını müsadirə ediblər.
Sionist hərbçilərin Məsciduləqsanın Babulisbat darvazası yaxınlığında fələstinlilərlə silahlı toqquşmasında üç fələstinli şəhid olub. Bu anti-sionist əməliyyatda sionist rejimin iki hərbçisi öldürülüb və digər bir sionist həbrçi də yaralanıbdır.
Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas bu üç fələstinli gəncin Məsciduləqsada keçirdiyi anti-sionist əməliyyatına reaksiyada bildirib ki, Qüds əməliyyatı sionist rejim terrorizminə, Məsciduləqsaya qarşı hörmətsizliyə təbii reaksiya və intifazənin davam etməsinin nişanəsidir.
Digər tərəfdən, sionist rejimin daxili təhlükəsizlik naziri bu gün işğal olunmuş Qüdsdə keçirilmiş əməliyyatı qırmızı xətlərin keçilməsi və təhlükəli bir addım adlandırıbdır.