Bəhreyndə etiraz aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276358-bəhreyndə_etiraz_aksiyası
Bəhreyn vətəndaşları gecə yürüşləri keçirərək Səudiyyə Ərəbistanının Qətif bölgəsində 4 gəncin edam edilməsinə öz etirazını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2017 07:00 Asia/Baku
  • Bəhreyndə etiraz aksiyası
    Bəhreyndə etiraz aksiyası

Bəhreyn vətəndaşları gecə yürüşləri keçirərək Səudiyyə Ərəbistanının Qətif bölgəsində 4 gəncin edam edilməsinə öz etirazını bildirib.

İRNA-nın verdiyi məlumata görə, bu aksiya dünən gecə Kərzəkan qəsəbəsində keçirilib və əhali Ali-Səud rejiminə qarşı şüarlar səsləndirərək Qətif şəhərində edam edilənlərin ailələri ilə həmrəyliklərini vurğulayıblar. 

Bəhreynli fəallar bu aksiyanın videosunu internet şəbəkələrində yayaraq edam edilənlərə xitabən yazıblar: Qanınız qələbəyə gətirib çıxaracaq. 

Bəhreynin bəzi şəhərlərində də analoji nümayişlər keçirilib. 

Səudiyyə Ərəbistanı çərşənbə axşamı Qətif sakinlərindən 4 nəfəri etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs və edam etdi.