Bəhreynli məhbusun azad edilməsi istənilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276378-bəhreynli_məhbusun_azad_edilməsi_istənilib
BMT-nin tabeliyində olan Aralıq dənizi Avropa insan haqları mərkəzinin sədri Rami Əbdə Bəhreyn dövlətinin müxaliflərlə rəftarını qınayaraq bu ölkə rəhbərlərindən hüquq müdafiəçisi Nəbil Rəcəbi azadlığa buraxmalarını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2017 08:50 Asia/Baku
  • Bəhreynli məhbusun azad edilməsi istənilib
    Bəhreynli məhbusun azad edilməsi istənilib

BMT-nin tabeliyində olan Aralıq dənizi Avropa insan haqları mərkəzinin sədri Rami Əbdə Bəhreyn dövlətinin müxaliflərlə rəftarını qınayaraq bu ölkə rəhbərlərindən hüquq müdafiəçisi Nəbil Rəcəbi azadlığa buraxmalarını istəyib.

Rami Əbdə Nəbil Rəcəbin qeyd-şərtsiz olaraq dərhal azadlığa buraxılmasını vurğulayıb. 

Bəhreyn məhkəməsi dünən Nəbil Rəcəbi şayiə və yalan məlumatlar yaymaq ittihamı ilə iki il müddətində azadlıqdan məhrum edib. 

Rami Əbdə Əl-Cəzirə telekanalına verdiyi müsahibəsində deyib: Bəhreyn rəhbərləri müxalif səslərə qarşı təhlükəli yol seçiblər . O deyib: Bəhreyn dövləti hər hansı fərqli düşüncəyə qarşı repressiya həyata keçirir və bu kimi metod son dərəcə təhlükəlidir.