İraqda zorakılıq barədə xəbərdarlıq
-
İraqda zorakılıq barədə xəbərdarlıq
İraq şiələrinin ali dini mərcəyi zorakılıq və tayfa qarşıdurmalarının ölkə xalqının qırğın edilməsi və ölkənin məhv olmasının amili adlandırıb.
İSNA-nın verdiyi məlumata görə, İraq şiələrinin ali dini mərcəyi Ayətullah Sistaninin nümayəndəsi Əbdül-Mehdi Əl-Kərbəlayi dünən cümə namazı xütbələrində Mosulun azad edilməsi münasibəti ilə təbrik edərək deyib: Bu qələbənin xərclərini nəzərə almaqla ölkədə hər hansı korrupsiya və qanundan kənar paylarla mübarizə böyük zərurət kəsb edir.
İraqlı alimlərdən olan şeyx Məhəmməd Mehdi Xalisi də bağdadda cümə namazı xütbələrində Mosul şəhərinin azad edilməsi və İŞİD terrorçu qrupunun məğlubiyyəti münasibəti ilə təbrik edərək, İraqın yenidən qurulması, düçar olduğu durumdan xilas edilməsi və problemlərin həllini milli vacib adlandırıb və deyib: Mərkəzi hökumətin terrorçu hücumlar nəticəsində ziyan görən bölgələrin yenidən qurulması üçün 10 illik proqramı sayəsində ümum ölkə səylər böyük önəm kəsb edir.
İraqlı alim həmçinin Kürdüstan bölgəsinin İraqdan ayrılması üzrə referendumun keçirilməsi planının ABŞ-İsrail plan olduğunu bildirib və bu plana düşməyin mənfi nəticələri barədə xəbərdarlıq edərək deyib: Kürdlərin azadlığı, güclülüyü və izzəti, İraq xalqının azadlığı, güclülüyü və izzətindədir və bu yalnız və yalnız birlik və bütövlüklə reallaşacaq.