Yəməndə vəba qurbanlarının sayı artır
İyul 16, 2017 04:59 Asia/Baku
Ümumdünya Səhiyyə Təşkilatı dünən bir hesabat yayaraq bildirib ki, indiyədək Yəməndə 1770 nəfər vəba xəstəliyi üzündən həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən indiyədək 338 min 969 yəmənli də ölkənin müxtəlif bölgələrində vəbaya yoluxub.
İRNA-nın verdiyi məlumata görə, ÜST xatırladıb ki, Yəmən xalqı sağlam içməli sudan məhrumdur və bu da vəbanın yayılmasına səbəb olur.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarının və bu ölkənin infrasturuktur təsisatlarını xüsusiylə də içməli su şəbəkəsini dağıtması bu ölkədə vəba xəstəliyinin sürətlə yayılmasına səbəb olub.
Teqlər