Amerika Suriyada mülkiləri qırır
Suriyanın şimal şərqində yerləşən Hiskə vilayətində siyasi-ictimai fəallar bir hesabat yayaraq Amerikanın başçılıq etdiyi koalisiyanın bu vilayətdə mülkiyə qarşı qırğın törətdiyini bildiriblər.
İRNA-nın verdiyi məlumata görə, Əl-Qüds Əl-Ərəbi qəzeti yazıb ki, Hiskə vilayətinin ictimai siyasi fəalları yaydıqları hesabatda bildiriblər: Amerikan koalisiyanın hərbi təyyarələri son günlər ərzində dəfələrlə bu vilayətdə yeni cinayətlərə əl atıblar və onlarla günahsız mülkini qətlə yetiriblər.
Əl-Xabur mediya kanalının üzvü Fazil Əl-Xizr deyib: Amerikan koalisiyanın ağır və hədəfsiz bombardımanları Hiskə vilayətində çoxlu sayda əhalinin köçməsi və didərgin düşməsi ilə də nəticələnib. Didərginlər su, ərzaq və isti havada sığınacağa malik olmadıqlarına görə acınacaqlı vəziyyətdədirlər.
Amerikan koalisiyanın Suriyaya qarşı kütləvi qırğınlarda məqsədi qalan insanları köçürtmək və qalan mənzilləri də dağıtmaqdan ibarətdir.