Sionistlər Məscidül-Əqsanı yenidən açırlar
İyul 16, 2017 17:39 Asia/Baku
Sionist rejim Məscidül-Əqsaya girişə iki gün müddətində qadağadan sonra tədrici şəkildə bu məscidi yenidən açır və sionistlər məscidin müəyyən hissələrinin açarlarını Qüdsün islami vəqflər idarəsinə təqdim ediblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejim bu gün Məscidül-Əqsada iki müsəllanın açarını Qüds İslami Vəqiflər İdarəsinə təqdim edib amma Babül-Məcalis, Babül-Məlik Feysəl və Babül-Məclis qapılarının açarlarını təhvil verməyə hələlik hazır olmayıb.
Eyni zamanda sionist rejim fələstinlilərin anti-sionist əməliyyatlarına mane olmaq məqsədi ilə, Məscidül-Əqsanın müxtəlif girişlərində elektron qapılar quraşdırmağa təşəbbüs göstərib.