İyul 17, 2017 13:37 Asia/Baku
  • Sionistlər əl-Əqsa məscidinə təcavüz etdilər
    Sionistlər əl-Əqsa məscidinə təcavüz etdilər

Sionistlərin islam atributlarına hörmətsizliklərinin davamında, sionist qəsəbə sakinləri bu gün əl-Əqsa məscidinə hörmətsizlik ediblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist qəsəbə sakinləri bu gün iki dəstə çərçivəsində və İsrail rejimi hərbçilərinin mühafizəsi ilə əl-Əqsa məscidinə yürüş ediblər. 

Sionist rejim 3 fələstinli gəncin şəhadətsevər əməliyyatı ilə ötən cümə günündən bu məscidin qapılarını fələstinli namazqınaların üzünə bağlayıb, hətta bu məsciddə namaz qılmaq və azan verməyə icazə vermir. 

Bu arada sionist rejim baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyətin sərt reaksiyaları nəticəsində əl-Əqsa məscidinin girişlərindən təhlükəsizlik keçidlərinin yığışdırılması haqda İsrail polisinin açıqlamasına qarşı çıxaraq bildirib: Bu keçidlərin yığışdırılmasına heç vaxt göstəriş verməyəcək. 

Netanyahu bir daha əl-Əqsa məscidinin ətrafında modern kameraların quraşdırılmasını vurğulayıb və əlavə edib: Gələn bir neçə gün ərzində sionist qəsəbə sakinlərinin girişi üçün bu məscidi açıq qoyacaq. 

Teqlər