Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum ediblər
Bir qrup sionist qəsəbə sakini Məscidül-Əqsaya hücum edərək bu müqəddəs məkanı təhqir ediblər.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionistlərin repressiv hərəkətləri nəticəsində Məscidül-Əqsaya fələstinli namaz qılanların daxil olmasına maneələr yaradıldığı bir şəraitdə bu gün sionist qəsəbə sakinləri bu məscidin həyətinə daxil olublar.
Yüzlərlə fələstinli üçüncü gün olaraq sionistlərin Məscidül-Əqsanın giriş qapılarına elektron cihazlar quraşdırmalarına etiraz üçün günorta namazını məscidə gedən küçələrdə qılırlar.
Fələstinli alimlər bildiriblər ki, elektron keçidlər vasitəsi ilə məscidə girənin namazı batildir.
Məscidül-Əqsanın imam camaatı Əkrəmə Səbri fələstinlilərə xitabən deyib: Namazı məsciddən kənarda qılın və elektron keçidlərdən keçməyin.
Cümə günü Qüdsdə 3 fələstinli gəncin şəhadətsevər əməliyyatının ardınca sionist rejimin baş naziri Benyamin Netanyahu Məscidül-Əqsanın qarşısında təhlükəsizlik keçidləri və kameraların quraşdırılmasına göstəriş vermişdir.