Səudiyyə Ərəbistanı BMT təyyarəsinə mane oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276816-səudiyyə_Ərəbistanı_bmt_təyyarəsinə_mane_oldu
Səudiyyə Ərəbistanının hərbi təyyarələri dünən gecə Birləşmiş Millətlər Təşkilatının yardımçı qruplar və jurnalistləri daşıyan təyyarəsinin Səna aeroportuna enməsinə mane olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2017 04:32 Asia/Baku
  • Səudiyyə Ərəbistanı BMT təyyarəsinə mane oldu

Səudiyyə Ərəbistanının hərbi təyyarələri dünən gecə Birləşmiş Millətlər Təşkilatının yardımçı qruplar və jurnalistləri daşıyan təyyarəsinin Səna aeroportuna enməsinə mane olub.

İRNA-nın verdiyi məlumata görə, BMT-nin Yəmən üzrə humanitar məsələlər ofisinin sözçüsü Səudiyyə rejiminin bu hərəkətinin təəssüf doğurduğunu bildirərək deyib: Səudiyyə Ərəbistanının jurnalistlərin Sənaya daxil olmasına imkan verməməsi Yəməndəki böhranlı durumun dünya medialarında işıqlandırılmasına mane olub. 

Yəmənin hava məkanı Səudiyyə Ərəbistanının bu ölkəyə hücum etdiyi 2015-ci il mart ayından bağlıdır. 

BMT və onun digər qurumları dəfələrlə Səudiyyə Ərəbistanından Yəmənə humanitar yardımların göndərilməsi üçün bu ölkənin hava məkanını açmasını istəyiblər amma Səudiyyə rejimi indiyədək bu tələblərə etinasız yanaşıb.