Ərəb Liqası sionistlərin əl-Əqsa məscidinə hücumlarının artması haqda xəbərdarlıq edib
Ərəb Liqası Qüds şəhərində əl-Əqsa məscidində hücumların artması və onun regiondakı mənfi nəticələri haqda sionist rejimə xəbərdarlıq edib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Ərəb Liqası çərşənbə axşamı günü Qahirədə Qüds şəhərində olayların araşdırılması mövzusunda keçirilən iclasda verdiyi bəyanatda sionist rejimin əl-Əqsa məscidinə hücumları və hörmətsizliyi, onun tarixi kimliyinin dəyişilməsinə səy, bu məscidin qapılarının bağlanması, onun dağıdılması və fələstinli namaz qılanların məscidə getməsinin qarşısının alınması haqda xəbərdarlıq edib və sionist rejimin hərəkətlərini pisləyib.
Əlcəzairin rəhbərliyi və Ərəb Liqasının baş katibi Əhməd Əbu əl-Qeyz, bu liqanın Fələstin və işğal olunmuş ərəb əraziləri məsələləri üzrə direktoru Səid Əbu Əlinin iştirak etdiyi Ərəb Liqası Şurasının iclasında sionist rejimin əl-Əqsa məscidinin giriş qapılarında yeni təhlükəsizlik tədbirlərinin görülməsi, namaz qılanların girişi üçün elektron qapıların quraşdırılmasınad air hərəkətlərini təhlükəli hərəkət adlandırılıb. Çünki bu hərəkətlərin ötən yarım əsrdə analoqu olmayıb.
Ərəb Liqası bundan öncə də sionist rejimin əl-Əqsa məscidini bağlaması, cümə namazının qılınması və məsciddə azanın verilməsini qadağan etməsində məsuliyyət daşıdığını bildirmişdi.