Qətərə qarşı şərtlər azaldı
Qətəri boykot edən 4 ölkənin şərtləri 6-ya enib.
Associated Pressin məlumatına görə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir ötən gecə regionda böhranın sürətli həlli üçün şərait yarada biləcək təklif çərçivəsində Dohadan terrorizm və radikallıqla mübarizəyə dair 6 prinsipə sadiq qalmasını və bu prinsiplərin icrası üçün xüsusi tədbirlərlə plan haqda onlarla müzakirə etməsini istəyiblər.
Səudiyyə Ərəbistanının BMT-dəki səfiri ABdulla əl-Müəllimi ötən gecə bildirib: Qətəri boykot edən 4 ölkə Qətərin Qahirədə bu ölkələrin xarici işlər nazirlərinin 5 iyul iclasında razılığa gəldiyi 6 prinsipə sadiq qalmasını vurğulayır və ümid edirlər ki, Doha da bu prinspiləri dəstəkləyəcək.
Bu prinsiplər terrorizm və radikallıqla mübarizəyə sadiq qalmaq, bu qruplar üçün təhlükəsiz şərait və maliyyə təminatının yaradılmasının qarşısını almaq, təhrikedici və nifrətə səbəb olan hərəkətləri durdurmağa şamil olur.
Bundan öncə Küveyt Dohanı boykot edən ölkələrin 13 şərtini Qətərə elan etmişdi.