İyul 19, 2017 19:06 Asia/Baku
  • Qüds və əl-Əqsa məscidinə dəstək üçün fələstinlilərin qəzəb günü

Fələstin xalqı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində aksiyalar təşkil edərək sionist işğalçıların Beytül-Müqəddəs və əl-Əqsa məscidinə hücumlarına öz nifrətlərini bəyan ediblər.

Qüdsənanın məlumatına görə, Fələstində müxtəlif xalq kütlələri çağırışa əsasən çərşənbə gününü Qüds və əl-Əqsa məscidinə kömək üçün Fələstinin Qəzəb Günü elan ediblər.

Bu çağırışda Qüds əhalisindən istənilib ki, əl-Əqsa məscidinin girişləri qarşısında toplantılar davam etsin və İordan çayının qərb sahilinin digər bölgələrində fələstinlilər aksiya keçirsinlər.

Çərşənbə günü səhər çağı Qüds məscidinin səsgücləndiricilərindən vətəndaşlar əl-Əqsa məscidinin giriş qapıları qarşısına toplaşmağa dəvət olunublar.

Bu çağırış işğalçıların bazar günündən Qüdsün qədim hissəsi və əl-Əqsa məscidində icra etdikləri təhlükəsizlik tədbirləri və yoxlama keçidləri quraşdırılmasına reaksiyadır.

Teqlər