Qətər Beynəlxalq Arbitraj Məhkəməsinə gedir; Ərəbistandan kompensasiya almaq üçün
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276942-qətər_beynəlxalq_arbitraj_məhkəməsinə_gedir_Ərəbistandan_kompensasiya_almaq_üçün
Qətərin müdafiə məsələləri üzrə müşavir naziri Xalid Ətiyə mühasirədə saxlanılmasına görə dəyən zərər və ziyanların ödənilməsi məqsədi ilə Dohanın Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2017 07:10 Asia/Baku
  •  Xalid Ətiyə
    Xalid Ətiyə

Qətərin müdafiə məsələləri üzrə müşavir naziri Xalid Ətiyə mühasirədə saxlanılmasına görə dəyən zərər və ziyanların ödənilməsi məqsədi ilə Dohanın Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyindən xəbər verib.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Ətiyə Türkiyənin "TRT World" telekanalına verdiyi müsahibədə deyib: Biz hazırda ötən əsrin 80-ci illərində Nikaraquanın üzləşdiyi və Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək, tam kompensasiya aldığı duruma bənzər bir şəraiti təcrübə edirik. Beynəlxalq Arbitraj Məhkəməsi Qətərin mühasirədə saxlanılması nəticəsində bu ölkəyə dəyən zərər və ziyanlara görə kompensasiya almağımıza kömək edə biləcək bir vasitədir və biz ondan istifadə edə bilərik.

Qətərli nazir ölkəsini mühasirədə saxlayan dövlətlərin Türkiyənin Qətərdəki hərbi bazasının bağlanılması xüsusundakı tələblərinə gəlincə isə Dohanın bu tələbə qarşı çıxdığını bildirib və deyib: Bu növ müqavilələr tam hakimiyyətə malik olan iki ölkə arasında imzalanmışdır.