İyul 21, 2017 18:12 Asia/Baku
  • Əlmaliki: İraq anti-İran ölkələrin kənarında durmayacaq

İraqın vitse-prezidenti bu ölkənin anti-İran ölkələrinin kənarında durmasını mümkünsüz adlandırıb.

Təsnim xəbər agentliyinin məlumatına görə, İraqın vitse-prezidenti Nuri Əlmaliki deyib ki, ölkəsi bütün region ölkələrilə dostcasına əlaqələr qurmaq ardıncadır.

Nuri Maliki bu ölkənin terrorçulardan təmizlənməsini iraqlıların birinci prioriteti adlandırıb və belə deyib: Amerikanın sabiq dövləti İŞİD terror qrupunun İraqa gəlməsində məsuliyyət daşıyır və bu gün bu ölkənin yeni dövləti iraqlıların terrorçular üzərində qələbəsini öz adına qeydə aldırmaq istəyir.

İraqın vitse-prezidenti bildirib ki, əgər İraqın xalq qüvvələri olmasaydı, Bağdad süqut edərdi. O, əlavə edib: İraqın ordusu və xalq səfərbər qüvvələri İŞİD terrorçularının yarısından çoxunu öldürüblər və yerdə qalan terrorçular isə qaçıblar.

Əlmaliki Amerikanın İraqın qərbində yerləşən Əlvəlid məntəqəsində hərbi baza yaratmaq niyyətinə toxunaraq vurğulayıb ki, İraq dövləti bu hərəkətlə müxalifdir.

 

Teqlər