Qətərin əmiri müzakirəni şərtli olaraq qəbul edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277148-qətərin_əmiri_müzakirəni_şərtli_olaraq_qəbul_edib
Qətərin əmiri dünən gecə bu ölkə ilə Səudiyyə Ərəbistanı arasında yaranmış böhrandan sonra ilk çıxışında deyib: Rəsmi Doha Qətərin daxili işlərinə müdaxilə edilməməsi, tələb və istəklərin diktə edilməməsi şərti ilə Səudiyyə Ərəbistanı və onun müttəfiqləri ilə müzakirəyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2017 05:48 Asia/Baku
  • Qətərin əmiri müzakirəni şərtli olaraq qəbul edib
    Qətərin əmiri müzakirəni şərtli olaraq qəbul edib

Qətərin əmiri dünən gecə bu ölkə ilə Səudiyyə Ərəbistanı arasında yaranmış böhrandan sonra ilk çıxışında deyib: Rəsmi Doha Qətərin daxili işlərinə müdaxilə edilməməsi, tələb və istəklərin diktə edilməməsi şərti ilə Səudiyyə Ərəbistanı və onun müttəfiqləri ilə müzakirəyə hazırdır.

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərindən ibarət Misir, BƏƏ və Bəhreyn 2017-ci il iyulnun beşində Qətər ilə diplomatik əlaqələrini dayandırdılar və bu ölkəyə qarşı blokada tətbiq etdilər. 

Bu dörd ölkə Qətəri Ər-Riyadın rəhbərlik etdiyi cərəyana uzlaşmamaqda ittiham ediblər. 

Təmim Bin Həmd Ali-Sani Səudiyyə Ərəbistanı və onun müttəfiqləri arasındakı böhranın bu ölkənin suverinliyinə hörmət əsasında həll olmasını vurğulayıb və deyib: Qətər 4 ərəb ölkəsi ilə yaşanan böhranın əvvəlindən prinsiplər və qanunlara sadiq qalmışdır. 

Qətərin əmiri həmçinin Qətərin mühasirədə olduğu müddətdə bu ölkəyə yardım edən butun ölkələrə öz təşəkkürünü bildirərək deyib: Qətəri bu gün elə mərhələdədir ki, nöqsanların aradan qaldırılması və səhvlərin düzəldilməsi üçün böyük əhəmiyyət kəsb edir. 

Təmim Bin Həmd Ali-Sani Qətər xalqının müqavimətini, blokada qarşısındakı həmrəyliyini yüksək qiymətləndirərək deyib: Mühasirəyə rəğmən ölkədə həyat təbii axarındadır.