İyul 22, 2017 11:21 Asia/Baku
  • Bəhreyndə geniş aksiya
    Bəhreyndə geniş aksiya

Bəhreyn xalqı dünən axşam tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimin ev dustağı edilməsinə həmçinin "Ailə qanunu" adlandırılan layihənin qəbul edilməsinə etiraz olaraq ölkənin müxtəlif bölgələrində aksiya keçirib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynli nümayişçilər şüarlar səsləndirərək Şeyx İsa Qasimin ev dustağı edilməsinə son qoyulması eləcə də "Alilə qanunu"-nun ləğv edilməsini istəyiblər. 

Bəhreyn xalqı çərşənbə axşamı da sözü gedən qanuna etiraz əlaməti olaraq Sar bölgəsində aksiya keçirmişdi. 

"Ailə qanunu" şiəliyin prinsiplərini pozur və şiələri öz məzhəb və ehkamlarına göz yummağa çağırır. 

Ailə qanununda elə hallar yer alıb ki, məzhəbin hökmlərinə təcavüz xarakteri daşıyır. Misal üçün boşanma barədə şiələrə elə qanunlar qəbul etdirilir ki, şiə məzhəbi ilə təzaddadır. 

Öncə də bəhreynli alimlər bir bəyanat yayaraq Bəhreyn parlamentində ailə qanununun qəbul edilməsini pisləmişdi və onun dərhal ləğv edilməsinə çağırmışdılar. 

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyalarının şahididir. Bəhreyn xalqı ölkədə siyasi islahatların aparılması, azadlıq və ədalətin təmin olunması, ayrı-seçkiliklərə son qoyulması və xalqın səsi ilə seçilən hökumətin yaradılmasını istəyir. Ali-Xəlifə rejimi isə bu tələblərə qarşı repressiya tətbiq edir. 

Teqlər