Sionistlərin Məscidül-Əqsaya qarşı vandallığı davam edir
Qəzzə hazırda Məscidül-Əqsa, Qüds şəhəri və İordan çayının qərb sahilindəki qardaşlarının müdafiəsi üçün fələstinlilərin tam hazır vəziyyətdə olduğunun şahididir.
Sionist Nazirlər Kabinetinin Məscidül-Əqsa elektron girişlərin qalması və azana qadağanın davam etməsinə dair qərarı, fələstinlilərin qənaətincə, Məscidül-Əqsaya qarşı müharibədir. Elə buna görə, onlar bu gün var-gücləri ilə müsəlmanların ilk qibləsinin müdafiəsinə qalxdılar. Və məscidlərdə namazları dayandıraraq, Qüdsün girişi qarşısında namaz qıldılar. Onlar sonra Məscidül-Əqsanın mühasirəsini yarmaq üçün yola düşdülər və sionist rejimə elan etdilər ki, canların Məscidül-Əqsaya fəda edirlər.
Fələstin vətəndaşı deyib: Biz Qüdsə hakim şəraiti qəbul etmək istəmirik. Sionistlər təhlükəsizliyin təmin olunmasını bəhanə ediblər. Amma məqsədləri Məscidül-Əqsa və Qüdsü bölmək və Məscidül-Əqsada saxta Süleyman məbədini inşa etməkdir.
Başqa bir Fələstin vətəndaşı deyib: Sionistlərin qarşı çıxmasına baxmayaraq, biz Məscidül-Əqsada namaz qılmalıyıq. Bura peyğəmbərin meraca getdiyi məkandır. Allahın köməyi ilə Qüds bizimdir.
Sionist ordu qərb sahilinin müxtəlif bölgələrində fələstinlilərə hücum edib, Qələndiyada onlarla fələstinlini yaralayıb və bu mənzili yandırıb. Əl-Xəlil, Nablos, Ramullah, Qüds və Əbu Dis qarşıdurma bölgələri idilər.
Yüz minlərlə fələstinli Məscidül-Əqsanı müdafiə etmək üçün özlərini Qüdsün girişlərinə çatdırıblar. Fələstinlilər sionistlərlə mübarizə aparmaq və islam müqəddəslərini müdafiə etmək üçün tam şəkildə hazırlaşıblar.
Bir fələstinli deyib: Fələstin vətəndaşları, xüsusilə də Qüds sakinləri canların Məscidül-Əqsaya fəda edirlər. Əgər sionistlər Məscidül-Əqsaya xəsarət yetirərlərsə, Fələstin xalqının böyük və güclü intifazəsi ilə üzləşəcəklər.
Bununla yanaşı Qəzzə zolağı sakini olan minlərlə fələstinli Məscidül-Əqsaya dəstək və sionist rejimin siyasətlərini pisləmək istiqamətində yürüş keçirib.
Başqa bir fələstinli deyib: Sionist düşmən bilməlidir ki, Məscidül-Əqsa əleyhinə öz irqçi siyasətlərini yalnız bizim cəsədlərimizin üzərindən keçməklə icra edə bilər. Bu gün Fələstin xalqının mübarizə tarixində önəmli gündür. Çünki fələstinlilərin israillilər əleyhinə güclü qəzəbinin şahidiyik.
Qəzəbli fələstinlilər qeyd ediblər ki, İsrail Məscidül-Əqsaya tam nəzarəti ələ keçirmək istəyərsə, hər bir ehtimal və seçim, o cümlədən Fələstin vətəndaşlarının silahlı qiyamını gözləməlidir.