Ən-Nüsrə Cəbhəsi terrorçuları təslim oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277216-Ən_nüsrə_cəbhəsi_terrorçuları_təslim_oldu
Kütləvi İnformasiya Vasitələri Livanın şərqində Ərsalın bəzi bölgələrində Ən-Nüsrə Cəbhəsi terrorçularının təslim olduqlarını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2017 18:03 Asia/Baku
  • Ən-Nüsrə Cəbhəsi terrorçuları təslim oldu
    Ən-Nüsrə Cəbhəsi terrorçuları təslim oldu

Kütləvi İnformasiya Vasitələri Livanın şərqində Ərsalın bəzi bölgələrində Ən-Nüsrə Cəbhəsi terrorçularının təslim olduqlarını bildiriblər.

İRİB-in Livanın əl-Məyadin televiziyasına istinadla verdiyi məlumata görə, Ərsal yüksəkliklərinin azad olunması üzrə Livan müqavimət qüvvələrinin əməliyyatının 2-ci günündə Ərsalın İqab əl-Dəb və VAdi əl-Xil bölgəsində Ən-Nüsrə Cəbhəsi terrorçuları təslim əlaməti olaraq ağ bayraq qaldırıblar. 

Məlumata görə, bir qrup terrorçunun Ərsalın Qərnə əl-Qəznəh yüksəkliyində silahlarını qoyaraq qaçması ardınca, Ən-Nüsrə Cəbhəsi terrorçuları çaşbaşlığa düşüblər. 

Bu arada Livan müqavimət qüvvələri Ərsalın cənubunda Zəhrə əl-Həva bölgəsinə daxil olaraq Ən-Nüsrə Cəbhəsi terrorçularının bayrağını endirib və müqavimət bayrağını ucaldıblar. 

Livanın şərqində Ərsal yüksəklikləri və Suriyanın qərbində əl-Qələmun yüksəkliklərinin azad olunması əməliyyatı cümə günündən başlanıb və bu əməliyyatın ilk etapında Livan Hizbullahı qüvvələri Ərsal yüksəkliklərində Səhl əl-Rəhvə, Səhr əl-Həva, Vadi Dəqiq, Vadi Zərur və Təftnaz bölgələrini azad ediblər. 

Ərsal Livanın şərqində Bəqa vilayətində və Suriya sərhədinin 50 kilometrliyində yerləşir. Suriya sərhədinə yaxın olması Ən-Nüsrə Cəbhəsi və İŞİD terrorçularının bu bölgədə yerləşməsinə səbəb olub.