Səudiyyə Ərəbistanı ABŞ-ın ən pis müttəfiqidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277220-səudiyyə_Ərəbistanı_abŞ_ın_ən_pis_müttəfiqidir
Bir amerikalı təhlilçi Səudiyyə Ərəbistanı rejimini ABŞ-ın ən pis müttəfiqi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2017 18:05 Asia/Baku
  • İslam ölkələri xalqları Qəzəb Günü aksiyalarında fələstinlilərə dəstək olublar
    İslam ölkələri xalqları Qəzəb Günü aksiyalarında fələstinlilərə dəstək olublar

Bir amerikalı təhlilçi Səudiyyə Ərəbistanı rejimini ABŞ-ın ən pis müttəfiqi adlandırıb.

Amerikalı təhlilçi və yazar Maykl Brandon National Riovo jurnalına yazdığı məqalədə bildirib: Ər-Riyad Ağ Evin həmişə ən pis müttəfiqi olmuşdur və Ərəbistanla əlaqə ABŞ üçün utandırıcıdır. 

Maykl Brandon bildirib: ABŞ həmişə Səudiyyə Ərəbistanından insan haqlarının kütləvi şəkildə pozulması qarşısında sükut edib. 

Amerikalı yazarın bildirdiyinə görə, Ali-Səud rejimi həmişə terror qruplarının əsas hamilərindən olub. 

Maykl Brandon əlavə edib: Səudiyyə Ərəbistanının terrorçulara dəstəyi çox utandırıcı haldır və qərb ölkələri onun haqqında şəffaflığa belə icazə vermirlər. 

ABŞ həmişə Səudiyyə rejiminin əsas hamilərindən biri olmuşdur. 

ABŞ prezidenti Donald Tramp Ər-Riyada son səfərində səudiyyə Ərəbistanına silah satışı üzrə 110 milyard dollar dəyərində müqavilə imzalayıb.