Yəmən ordusu Səudiyyə Ərəbistanını hədəfə alacaq
-
Yəmən ordusu Səudiyyə Ərəbistanını hədəfə alacaq
Yəmən ordusunun sözçüsünün müavini deyib: Yəmən ordusu Səudiyyə Ərəbistanının bu ölkəyə təcavüzünün davam edəcəyi təqdirdə Səudiyyənin həssas bölgələrini hədəfə alacaq.
Yəmən ordusu və xalq komitələrinin raket bölməsi dünən gecə Səudiyyə Ərəbistanının Yənbə vilayətində yerləşən neftayırma zavodunu uzaq mənzilli ballestik raketlə hədəfə alıb. Yerli qaynaqların məlumatlarına görə bu hücumda səudiyyənin neftayırma zavodu ağır ziyana məruz qalıb.
Bu raket hücumundan sonra Əziz Raşid Yəmənin önləyici hərbi gücünü vurğulayıb və Səudiyyəlilərin Yəmənə qarşı təcavüzünün dayandırılmayacağı təqdirdə bu ölkənin əsas bölgələrinin Yəmən tərəfindən hədəfə alınacağını bildirib.
Yəmənin səudiyyə rejimi tərəfindən tam mühasirəyə alınmasına rəğmən Yəmən ordusu və xalq komitələrinin müdafiə gücü artmaqdadır.