İyul 23, 2017 09:02 Asia/Baku
  • BMT TŞ Fələstin ilə əlaqədar təcili iclas keçirəcək
    BMT TŞ Fələstin ilə əlaqədar təcili iclas keçirəcək

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsilzik Şurası bu gün Qüdsdə zorakılıq hallarının araşdırılması üçün fövqəladə iclas keçirəcək.

Bu iclas İsveç, Fransa və Misirin tələbi ilə təşkil olunur. 

Son günlər Məscidül-Əqsa sionistlərin təcavüzləri və fələstinlilərin bu müqəddəs məkana daxil olmaları və dini vaciblərini yerinə yetirmələrinə qadağa qoymalarının şahididir. 

Sionist hərbçilər iyulun 14-dən ötən bazar gününədək Sionist rejimin baş naziri Benyamin Netanyahunun göstərişi ilə Məscidül-Əqsanın qapılarını fələstinli namaz qılanların üzünə bağladılar və yenidən qapıları açdıqdan sonra namaz qılanların yoxlanılması üçün girişlərdə elektron keçidlər quraşdırdılar. 

Teqlər