Səudiyyə Ərəbistanı İsraillə əlaqələri adiləşdirmək istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277244-səudiyyə_Ərəbistanı_İsraillə_əlaqələri_adiləşdirmək_istəyir
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman öz mediya müşavirləri vasitəsi ilə Amerikanın siyasətlərinə yaxınlaşıb və Vaşinqtonun dəstəyi ilə İsrail ilə əlaqələri adiləşdirməyi planlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2017 06:21 Asia/Baku
  • Səudiyyə Ərəbistanı İsraillə əlaqələri adiləşdirmək istəyir
    Səudiyyə Ərəbistanı İsraillə əlaqələri adiləşdirmək istəyir

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman öz mediya müşavirləri vasitəsi ilə Amerikanın siyasətlərinə yaxınlaşıb və Vaşinqtonun dəstəyi ilə İsrail ilə əlaqələri adiləşdirməyi planlaşdırır.

Əl-Vəqt internet portalında dərc olunan məqalədə deyilir: Fars körfəzi əməkdaşlıq şurasına üzv ölkələr xüsusiylə Səudiyyə Ərəbistanı İsrail başçıları ilə öz görüşlərini mediadan yaymağı və sionis rejim ilə gizli müzakirələrini aşkar etməyi düşünürlər.

Əl-Vəqt internet portalı yazır: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İsrail rejimi ilə əlaqələri adiləşdirmələri mövzusu bu gün daha aşkar hal alıb. 

Məqalədə deyilir: Səudiyyə Ərəbistanının sionist rejim ilə isti münasibətlərinin aşkar nümunəsi səudiyyəlilərin Məscidül-Əqsanın bağlanması barədə sionist rejimə qarşı mülayim mövqeləridir bu da Fələstin məsələsinə laqeydlik deməkdir. 

Bu məlumata görə, Səudiyyə Ərəbistanının Frs körfəzi hövzəsində ərəb ölkələri üzrə müşavir naziri Samir Əssübhan son vaxtlar İsrail və Qətəri müqayisə edərək Qətərin İsraildən daha mənfur olduğunu demişdi.