İyul 23, 2017 19:13 Asia/Baku
  • Livan müqaviməti Ərsalda terrorçular üzərində qələbə çaldı
    Livan müqaviməti Ərsalda terrorçular üzərində qələbə çaldı

İnformasiya qaynaqları Livan müqavimət qüvvələrinin ölkənin şərqində yerləşən Ərsal vilayətinin bir çox hissəsini Ənnüsrcə Cəbhəsinin nəzarəti altından çıxartması və bir qrup terrorçunu məhv etməsindən xəbər veriblər.

Livanın Əl-Minar informasiya kanalının verdiyi məlumata görə, Livanın müqavimət qüvvələri bazar günü ölkənin şərqində həyata keçirdikləri anti-terrorizm əməliyyatının 3-cü günündə Crud Ərsal məntəqəsinin təqribən 70%-ni Ənnüsrə Cəbhəsi terror qruplaşmasının işğalından azad etməyə nail olublar.

Əl-Aləm kanalı da bildirir ki, Livan ordusu Səhrül Səfa məntəqəsində silahlı qruplaşma üzvlərinin mövqeyinə artilleriya zərbələri endirərək, onların Ərsalda ordu qüvvələrinin  yerləşdikləri ərazilərə daxil olmalarına mane olub.

Livan ordusu terrorçular ilə savaşın ön xəttində iştirak etmir. Amma, təmas xəttindən geridə tam hazır vəziyyətdə dayanaraq, terrorçların Ərsalda yerləşən suriyalı didərginlər düşərgəsinə nüfuz etməsini önləməyə çalışır.

Livanın Əl-Məyadin informasiya kanalı da müqavimət qüvvələrinin Ənnüsrə Cəbhəsinin Ərsalın şərqində yerləşən Həqabülxəbəl məntəqəsindəki komandanlıq mərkəzini ələ keçirməyi bacardığını bildirib.

Müqavimət qüvvələrinin Ərsalın azad edilməsi əməliyyatının 3-cü günündə məntəqədə olan "Əhlüşşam" terror qruplaşması savaşı dayandırmağa və danışıqlar aparmağa hazır olduğunu elan edib.

Digər tərəfdən rəsmi bir məlumata əsasən Ənnüsrə Cəbhəsi indiyə kimi Ərsal məntəqəsində müqavimət qüvvələri ilə gedən döyüşlərdə indiyə kimi 114 yaraqlısının öldürülməsindən xəbər verib.

Livan Hizbullahı isə Ərsalın azad edilməsi əməliyyatında 18 müqavimət qüvvəsinin şəhid olmasından xəbər verib.

Teqlər