Əl-Əqsa məscidi bir daha sionistlərin hücumuna məruz qalıb
İyul 23, 2017 19:39 Asia/Baku
Yüzə yaxın sionist qəsəbə sakini əl-Əqsa məscidinə hücuum edərək, bu müqəddəs məkana hörmətsizlik edib.
İRİB-nin verdiyi məlumata əsasən sionist qəsəbə sakinləri bazar günü İsrail hərbçilərinin müşayiəti altında Əl-Əqsa məscidinə hücuum ediblər.
Bu məlumata görə, Əl-Əqsa məscidinin ətrafında gərginlik hələ də davam edir və İsrail hərbçiləri Əl-Əqsa məscidinin ətrafında aksiya keçirən fələstinlilərə qarşı zorakılıqları daha da artırıblar.
Əl-Əqsa məscidinin imam camaatı Əkrəmə Səbri deyib: Etirazlar Əl-Əqsa məscidinin girişlərində quraşdırılmış elektron qapıların yığışdırılacağı zamana kimi davam edəcək.