İyul 23, 2017 20:57 Asia/Baku
  • Yəmən silahlı qüvvələri Ərəbistanın neft şirkətlərinə xəbərdarlıq etdi
    Yəmən silahlı qüvvələri Ərəbistanın neft şirkətlərinə xəbərdarlıq etdi

Yəmən ordusunun raket bölmələri və Ənsarullah hərəkatı Ərəbistanın neft şirkətlərinə xəbərdarlıq edərək, Ali-Səudun təcavüzlərinin davam edəcəyi təqdirdə, yəmənlilərin də raket hücumlarını davam etdirəcəklərini bildiriblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu bəyanat və xəbərdarlıq Ərəbistanın Yənbu şəhərində yerləşən neftayırma zavodunun "Burkan h-2" ballistik raketi ilə hədəfə alınmasından 1 gün sonra edilib.

Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh də inqilabçı qüvvələr üçün lazım olan bütün silahları təmin edəcəyini deyərək, Ərəbistanın Yəmənə olan hücumları qarşısında tam hazırlığa təkid edib.

Teqlər