Əmmanda sionist rejimin səfirliyinə hücum olub
Dünən günortadan sonra İordaniya paytaxtı Əmman şəhərində sionist rejimin səfirliyinə edilən hücumda bir iordaniyalı ölüb, bir sionist yaralanıb.
İordaniyanın bir təhlükəsizlik rəsmisi və bu ölkə ordusu ilə əlaqədə olan xəbər portalının verdiyi məlumata görə, sionist rejimin Əmandakı səfirliyinə qarşı hücumda bir İordan vətəndaşı ölüb, bir sionist isə yaralanıb.
Xəbər mənbələrinin bildirdiklərinə görə, bu hücumda soyuq silahdan da istifadə edilib.
İordaniya portalının məlumatında deyilir ki, yaralanmış sionist kişinin durumu qeyri-sabitdir, amma iordaniyalı adam güllə yarası aldıqdan sonra həyatını itirib.
Bu hücum, Məscidül-Əqsanın girişlərində elektron keçidlərin quraşdırılmasına görə sionist rejim ilə müsəlman ölkələr arasında çaxnaşmaların artdığı bir şəraitdə baş verir.