İyul 24, 2017 11:12 Asia/Baku
  • Ali-Xəlifə rejiminə qarşı aksiya
    Ali-Xəlifə rejiminə qarşı aksiya

Bəhreynin müxtəlif bölgələrində Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyalarının yeni mərhələsinə start verilib.

Aksiya iştirakçıları Ali-Xəlifə rejiminin müdafiəsiz əhaliyə qarşı cinayətlərini pisləyiblər, Bəhreyn xalqının inqilabının davam etməsini vurğulayıblar. 

Kərranə, Müsəlla, Əbu-Sibə, Şaxurə ə Barbar şəhərlərində əhali etiraz aksiyaları keçirərək Bəhreyn islam hərəkatının rəhbəri şeyx İsa Qasimə dəstək şüarları səsləndirib, rejimin alimlərin müxalifətinə baxmayaraq qəbul etdiyi Ailə qanununu pisləyib. Biladül-Qədim, Sitrə və Sənabis kəndlərində də məhbuslar, o sıradan sağlamlığında ciddi problemlər yaranmış məhbus İlyas Əl-Məlaya dəstək aksiyası keçirilib. Bəhreynin təhlükəsizlik qüvvələri aksiyaçılara qarşı zəhərli qazdan istifadə ediblər. 

Teqlər