Yəmənin Səudiyyə Ərəbistanına raket əməliyyatları davam edəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277372-yəmənin_səudiyyə_Ərəbistanına_raket_əməliyyatları_davam_edəcək
Yəmən ordusu və xalq komitələrinin raket bölməsi Səudiyyə Ərəbistanının Yənbə neftayırma zavodunun ən müasir ballistik raketlə hədəfə alınması barədə bir bəyanat yayaraq Ər-Riyaddan sonrakı mərhələ, başqa sözlə Ər-Riyaddan daha uzaq yerlərin hədəfə alınması mərhələsinin başlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2017 08:43 Asia/Baku
  • Yəmənin Səudiyyə Ərəbistanına raket əməliyyatları davam edəcək
    Yəmənin Səudiyyə Ərəbistanına raket əməliyyatları davam edəcək

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi Səudiyyə Ərəbistanının Yənbə neftayırma zavodunun ən müasir ballistik raketlə hədəfə alınması barədə bir bəyanat yayaraq Ər-Riyaddan sonrakı mərhələ, başqa sözlə Ər-Riyaddan daha uzaq yerlərin hədəfə alınması mərhələsinin başlanmasından xəbər verib.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, bəyanatda deyilir: Yəmən xalqının suverinliyi və müstəqilliyini müdafiə üçün iyulun 22-də Burkan H2 tipli ballistik raketlə Səudiyyə Ərəbistanının Yənbə neftayırma zavodu hədəfə alındı və raket dəqiq hədəfə düşdü. 

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bildirib ki, təcavüzkarlar Yəmən xalqına qarşı düşmənçilik və cinayətlərini, Yəmənin liman və aeroportlarına qarşı mühasirələri davam etdikcə , bizim də raket əməliyyatlarımız daha da artırılacaq, təcavüzkar koalisiyaya üzv olan əcnəbi şirkətlər bu təhdidimizi ciddiyə almalıdırlar.