İyul 24, 2017 18:07 Asia/Baku
  • Səudiyyə kralı ölkənin idarəsini vəliəhdə tapşırıb
    Səudiyyə kralı ölkənin idarəsini vəliəhdə tapşırıb

Səudiyyə Ərəbistanı krallıq aparatı bir fərmanda kralın oğlu və Səudiyyənin yeni vəliəhdi Məhəmməd Bin Salmandan Kral Salman Bin Əbdül-Əzizin xarici səfəri müddətində ölkənin idarəsini öz üzərinə götürməsini istəyib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı krallıq aparatı bu gün bildirib: Səudiyyə kralı Salman Bin Əbdül-Əziz bu gün məzuniyyətə çıxıb və ölkədən xaric olacaq. 

Bəzi ictimai fəallar deyirlər ki, Məlik Salman xəstədir və bəziləri də onun hakimiyyəti oğluna köçürməyə zəmin yaratmaq cəhdlərindən danışırlar. 

Rəyəl-Yəum qəzeti Səudiyyə Ərəbistanı krallıq aparatında bəzi mənbələrə istinadla qarşıdakı beş ay ərzində Səudiyyə Kralının oğlu Məhəmməd bin Salmanın xeyirinə öz vəzifəsindən kənarlaşacağı ehtimalından xəbər verib.

Teqlər