İordaniyalılar iki vətəndaşın sionist səfirlikdə qətlə yetirilməsindən qəzəbləniblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277436-İordaniyalılar_iki_vətəndaşın_sionist_səfirlikdə_qətlə_yetirilməsindən_qəzəbləniblər
İki İordaniya vətəndaşının Əmmanda sionist rejim səfirliyində həlak olması ardınca, iordaniyalılar bu rejim səfirinin ölkədən çıxarılmasını tələb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2017 14:41 Asia/Baku
  • İordaniyalılar iki vətəndaşın sionist səfirlikdə qətlə yetirilməsindən qəzəbləniblər
    İordaniyalılar iki vətəndaşın sionist səfirlikdə qətlə yetirilməsindən qəzəbləniblər

İki İordaniya vətəndaşının Əmmanda sionist rejim səfirliyində həlak olması ardınca, iordaniyalılar bu rejim səfirinin ölkədən çıxarılmasını tələb ediblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, sionist rejim səfirliyinin mühafizəçisinin atəş açması nəticəsində həlak olan iordaniyalı gəncin ailəsi bir qrup iordaniyalı ilə birlikdə aksiya keçirərək sionist rejim səfirinin ölkədən çıxarılmasını tələb edib. 

Etirazçılar ötən gecəki hadisənin araşdırılması və bu gəncin cəsədinin ailəsinə təhvil verilməsini istəyiblər. 

Ötən gecəki atışma haqda ziddiyyətli xəbərlər yayımlanıb. Lakin bildirildiyinə görə, Məhəmməd Zəkəriyya əl-Cəvavdə adlı iordaniyalı gənc sionist rejim səfirliyinin işçilərindən birinin kirayədə qaldığı mənzildə təmir işləri üçün oraya gedibmiş və ev sahibi iordaniyalı həkim də hadisə yerində olub. 

Sionistlərin iddiasına görə, iordaniyalı gənc bıçaqla israilli mühafizəçiyə hücum etmək niyyətində olub. O da gəncə və həkimə atəş açıb və onları qətlə yetirib. 

İordaniya Baş Təhlükəsizlik İdarəsi ilkin araşdırmaların aparıldığını bildirib. 

İordaniya ötən gün Qüds və əl-Əqsa məscidi məsələsi haqda ərəb ölkələri xarici işlər nazirlərinin iclasının keçirilməsini istəyib.