İyul 25, 2017 09:39 Asia/Baku
  • İraqın Ər-Rəmadi şəhərində sivil əhali arasında ölən və yaralananlar var
    İraqın Ər-Rəmadi şəhərində sivil əhali arasında ölən və yaralananlar var

İraqın ğərbində yerləşən Əl-Ənbar vilayətinin mərkəzi olan Əl-Ənbar şəhərində bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində ölən və yaralananlar var.

İRİB-nin Bağdaddan verdiyi məlumata görə, bu avtomobil Ər-Rəmadi şəhərində bir restoranın yaxınlığında partladılıb. Nəticədə bir qrup insan ölüb və yaralanıb.

Hələ ki, hadisənin insan tələfatı barədə rəsmi və ya müstəqil xəbər mənbələrindən məlumat daxil olmayıb.

İraq rəsmilərinin dediklərinə görə, İŞİD terror qruplaşması Moslun azad edilməsi əməliyyatında ağır məğlubiyyətə düçar olmasının ardınca müxtəlif şəhərlərdə terror aktları törədərək, sivil əhalini hədəfə alır.

Teqlər