Qətərli yanmış fiqur Ərəbistan vəliəhdi üçün başağrısına çevrildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277504-qətərli_yanmış_fiqur_Ərəbistan_vəliəhdi_üçün_başağrısına_çevrildi
Ərəbistanlı "Tvitter" fəalı bu dəfə Qətərdə dövlət çevrilişinə cəhdin uğursuzluğa uğraması və Dohaya qarşı sanksiyalar tətbiq edən ərəb ölkələrinin öz istəklərini Qətərə qəbul etdirməkdə nakam qalmasının ardınca, yanmış Qətərli fiqurun Ərəbistan vəliəhdi üçün əlavə başağrısına çevrildiyini yazıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2017 07:49 Asia/Baku
  • Qətərli yanmış fiqur Ərəbistan vəliəhdi üçün başağrısına çevrildi
    Qətərli yanmış fiqur Ərəbistan vəliəhdi üçün başağrısına çevrildi

Ərəbistanlı "Tvitter" fəalı bu dəfə Qətərdə dövlət çevrilişinə cəhdin uğursuzluğa uğraması və Dohaya qarşı sanksiyalar tətbiq edən ərəb ölkələrinin öz istəklərini Qətərə qəbul etdirməkdə nakam qalmasının ardınca, yanmış Qətərli fiqurun Ərəbistan vəliəhdi üçün əlavə başağrısına çevrildiyini yazıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə "Müctəhid" ləqəbi ilə "Tvitter"də Ali-Səud ailəsi barədə olan ifşaçılıqları ilə məşhurlaşan və həqiqi kimliyi hələ də məlum olmayan fəal bu dəfə öz "Tvitter" hesabında yeni bir sensasiyaya imza atıb. Onun yazdığına görə, Ərəbistan vəliəhdi Məhəmməd Bin Salman Qətərdə hakim Ali-Sani ailəsinin bir üzvünü Ərəbistana gətirərək, ondan Qətər hökumətinə qarşı dövlət çevrilişində istifadə etmək istəyirmiş. Ərəbistan vəliəhdinin planı əsasında bu şəxs Qətər əmiri Təmim Bin Həməd Ali Saninin hakimiyyətdən kənarlaşdırılmasından sonra,  onun yerini tutmalı imiş. Amma, bu ssenarinin uğursuz alınması və Qətərə qarşı sanksiyaların heç bir nəticə verməməsi ilə bu şəxs Ərəbistan hakimiyyəti üçün əlavə problemə çevrilib və Bin Salman onunla nə edəcəyini, şərrindən necə xilas olacağını bilmir.