İyul 25, 2017 12:42 Asia/Baku
  • 4 Ərəb ölkəsi Qətərə qarşı sanksiyaları ağırlaşdırdılar
    4 Ərəb ölkəsi Qətərə qarşı sanksiyaları ağırlaşdırdılar

Qətər ilə bütün diplomatik əlaqələrini kəsərək, bu ölkəni mühasirəyə alan 4 ərəb ölkəsi bu gün daha bir qrup şəxs və qrumun adını sanksiyalar siyahısına daxil ediblər.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan, BƏƏ, Bəhreyn və Misir müştərək bəyanat yayaraq, daha 9 şəxs və 9 qrumun adını öncədən elan olunmuş siyahıya əlavə edərək, bu qrumlar və şəxslərin Qətər hökuməti ilə birbaşa və ya dolayısı ilə əlaqəyə malik olduqlarını iddia ediblər.

Bu  məlumata görə, adları sanksiyalar siyahısına daxil edilən 3 Qətər və 1 Küveyt vətəndaşı Ənnüsrə Cəbhəsi və digər terror qruplaşmaları üçün maliyə vəsaiti toplamaqda ittiham edilir.

Ərəbistan, Misir, BƏƏ və Bəhreyn tərəfindən 9 iyun tarixində Qətər əleyhinə hazırlanmış sanksiyalar siyahısına 59 şəxs və 12 qrumun adı daxil edilmişdi.

Bu 4 ərəb ölkəsi Qətəri terrorçu qrupları himayə etməkdə ittiham edir.

Teqlər