Suriyalı qüvvələr Mədan şəhərini mühasirə ediblər
Suriyanın ordusu və köçəri tayfa qüvvələri bu ölkənin şimalında yerləşən Rəqqə şəhərinin ətrafında İŞİD terror qrupunun bu məntəqədəki sonuncu mərkəzi sayılan Mədan şəhərini mühasirə ediblər.
Fars xəbər agentliyinin məlumatına görə, suriyalı qüvvələr bir əməliyyatda Əldəlhə kəndini azad etdikdən sonra İŞİD terror qrupunu bu terror qrupunun sonuncu mərkəzi sayılan Rəqqə şəhərinin şərq ətrafından çıxara biliblər.
Suriya qırıcıları Rəqqə şəhərinin şərq ətrafındakı Mədan, Zur Şəmr və Əlxəmisiyyə məntəqələrində İŞİD-in mövqelərini hədəfə alaraq, Mədan şəhərinin azad edilməsindən sonra qərb tərəfdən Diyrəzzura tərəf yolu açmağa çalışırlar.
Bu məlumata görə, suriyalı qüvvələr Əlsəbxavi məntəqəsində “Əssəlamun Ələykum” kəndini və Rəqqə şəhərinin cənub-şərq ətrafındakı bir neçə yüksəkliyi azad edə biliblər.
Suriya ordusunun bölmələri və bu ölkənin köçəri tayfa qüvvələri həmçinin “Badiyyə Əlşam” məntəqəsinin cənub bölməsinə yiyələndikdən sonra “Cəbəl Əlbəşəri” yüksəkliklərinin bir çox hissələrini terrorçuların işğalından azad edə biliblər.