Fələstinlilərin təzyiqi ilə sionist rejim Məsciduləqsada kamera yerləşdirməyi dayandırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277514-fələstinlilərin_təzyiqi_ilə_sionist_rejim_məsciduləqsada_kamera_yerləşdirməyi_dayandırıb
Məsciduləqsanın girəcəklərində elektron darvazaları yığışdırdıqdan sonra sionist rejim modern kameranın quraşdırılmasını da dayandırmağa məcbur olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2017 10:03 Asia/Baku
  • Fələstinlilərin təzyiqi ilə sionist rejim Məsciduləqsada kamera yerləşdirməyi dayandırıb
    Fələstinlilərin təzyiqi ilə sionist rejim Məsciduləqsada kamera yerləşdirməyi dayandırıb

Məsciduləqsanın girəcəklərində elektron darvazaları yığışdırdıqdan sonra sionist rejim modern kameranın quraşdırılmasını da dayandırmağa məcbur olub.

Sionist rejim ordusu radiosunun məlumatına görə, həmçinin sionistlərin Məsciduləqsaya gediş-gəlişləri üçün nəzərdə tutulmuş asma körpülər aradan götürülübdür.

Sionist rejimin Beytulmuqəddəsin şərq girəcəyində yerləşən Bab əl-Əsbat darvazası önündə namazqılan fələstinlilərə qarşı bugünsəhərki hücumunda onlarla nəfər yaralanıb. Sionist hərbçilər bu gün həmçinin Ramullahın şimal-qərbində yerləşən Kubər qəsəbəsinə basqın edərək, “hiddət günü” adlandırılmış ötən cümə günü fələstinli şəhidlərdən birinin anasını həbs ediblər.

Əbistan Ələbdi “Hələmiş” sionist qəsəbəsində şəhadətsevər bir əməliyyatda azı üç sionisti öldürmüş gənc fələstinli Ömər Ələbdin anasıdır.