Livanda İŞİD-in tabeliyində olan dəstənin üzvləri həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277558-livanda_İŞİd_in_tabeliyində_olan_dəstənin_üzvləri_həbs_olunub
Livanın ümumi təhlükəsizlik baş idarəsi bu ölkədə İŞİD-in tabeliyində olan beş nəfərlik bir dəstənin həbs olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2017 15:19 Asia/Baku
  • Livanda İŞİD-in tabeliyində olan dəstənin üzvləri həbs olunub
    Livanda İŞİD-in tabeliyində olan dəstənin üzvləri həbs olunub

Livanın ümumi təhlükəsizlik baş idarəsi bu ölkədə İŞİD-in tabeliyində olan beş nəfərlik bir dəstənin həbs olunmasından xəbər verib.

IRNA-nın məlumatına görə, Livan ordusu bu gün bir məlumatda bildirib ki, həbs olunanların hamısı Suriya vətəndaşıdır. Onlar Livanda İŞİD-in son göstərişlərini gözləyirmişlər.

Bu məlumata görə, bu İŞİD dəstəsinin fəaliyyəti Beyrutda və Livanın şimalındakı Əkkar rayonunda yerləşən Əldurə məhəlləsində təmərküzləşibmiş və onun koordinatoru bundan öncə Suriyanın şərqindəki Əlməyadin məntəqəsində İŞİD-in kənarında vuruşubdur.

Livan ordusu və müqaviməti son günlər bu ölkənin Suriya ilə sərhədində Cibhətunnusrə ünsürləri xüsusiyyət təşkil etməklə terror qruplarına qarşı geniş əməliyyat icra edərək, yüzlərlə terrorçunu həbs ediblər.