İyul 26, 2017 08:15 Asia/Baku
  • Yəmən sərhədində səudların bir tankı məhv edilib
    Yəmən sərhədində səudların bir tankı məhv edilib

Yəmənli qüvvələr Ərəbistan ordusunun bir ədəd tankını bu ölkənin cənubundakı sərhəd məntəqəsində məhv ediblər.

Yəmənin Əlməsirə informasiya kanalının hərbi bir mənbəyə istinadlı məlumatına görə, Yəmənin ordu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən gecə bir ədəd raketi Ərəbistanın cənubundakı Nəcran vilayətində yerləşən Əlxəşəl hərbi bazasındakı "Abrams" tipli səud tankına tərəf atıb və onu məhv edibdir.

Həmçinin Yəmən ordusunun artilleriya bölməsi səud muzdurlarının Nəcranda yerləşən "Əlxəzra" keçidindəki toplantılarını hədəfə alıblar. Nəticədə onlardan bir qrupu yaralanıb.

Teqlər