Livan-Suriya sərhədində təkfirçilərin son nəfəsləri
Livan müqaviməti bu ölkənin Suriya ilə şərq səhədlərində daha üç məntəqəni təmizləməklə Cibhətunnusrə təkfirçi terrorçularının mühasirəsi halqasını daha da daraldıbdır.
IRIB-nin məlumatına görə, Livan Hizbullahı qüvvələri bu gün səhər Livan-Suriya sərhədində yerləşən Ərsal məntəqəsində əməliyyatı davam etdirərək, “Tələt Əlnisab”, “Əqəbə Nuh” və “Sirc Əlxəriyyə” məntəqələrini təkfirçi terrorçulardan geri ala biliblər. Hazırda Ərsal-da Cibhətunnusrə təkfirçi terrorçularının işğalı altda olan məntəqələrin 92 faizi azad edilibdir.
Müqavimət qüvvələrinin Livan ərazisindəki Ərsal yüksəklikləri və Suriya ərazisindəki Qərbi Qələmun yüksəkliklərinin azad edilməsi əməliyyatı Hizbullah qüvvələrinin mehvərliliyi ilə iyulun 21-də başlanıb və bu yüksəkliklərin şimalına doğru davam edir.
Livan ordusu və müqaviməti son günlər bu ölkənin Suriya ilə sərhədində Cibhətunnusrə ünsürləri xüsusiyyət təşkil etməklə terror qruplarına qarşı geniş əməliyyat icra edərək, yüzlərlə terrorçunu həbs ediblər.
Bir çox terror qrupu Livanla sərhəddə yerləşən suriyalı mühacirlər düşərgələrinə soxularaq, bu məkanlardan üzv qəbuletmə və öz hücumlarını hazırlamaq üçün istifadə edir.