İraqın Ələnbar səhrasında İŞİD-ə qarşı geniş əməliyyat başlanıb
İraqlı qüvvələr bu ölkənin Ələnbar vilayətindəki səhranın təmizlənməsi üçün geniş əməliyyata başlayıblar.
Fars xəbər agentliyinin məlumatına görə, Ələnbar vilayətində Əlcəzirə əməliyyat komandanı Qasim Əlmuhəmmədi deyib: Əlcəzirə əməliyyat komandanlığından olan qüvvələr, ordunun yeddinci qoşunu, polis və köçəri tayfaların könüllü qüvvələri bu gün səhər Ələnbar səhrasında İŞİD ünsürlərini tapmaq üçün təftiş əməliyyatına başlayıblar.
Qasim Əlmuhəmmədi Ələnbar vilayətinin təmizlənməsi əməliyyatında məqsədi, İŞİD-çiləri Ələnbar səhrasından qaçırtmaq və onların məhv edilməsi adlandırıb və belə əlavə edib: Bu əməliyyat bir tərəfdən, bu vilayətin şimalında Fərat çayı və Əlsərsar gölü arasında yerləşən məntəqələr ilə səhra məntəqəsinə, digər tərəfdən də Kəbisə məntəqəsinin şimal-qərbinə şamil olur.
İŞİD ünsürlərinin əksər hissəsi Ələnbar vilayətinin azad edilmiş məntəqə və şəhərlərindən qaçdıqdan sonra bu səhraya pənah gətirib və bu məkandan vilayətin əmin-aman məntəqələrində terror hücumları həyata keçirmək üçün meydana girir.