Qərb sahilində və Qüdsdə 29 fələstinli həbs olunub
İyul 26, 2017 17:41 Asia/Baku
Sionist hərbçilər İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərə hücum edərək, onlardan bir qrupunu həbs ediblər.
IRIB-nin məlumatına görə, Fələstinli Əsirlər Klubu bu gün bildirib ki, sionist rejim qüvvələri İordan çayının qərb sahilinə və Qüdsə çoxlu sayda hücum keçirərək, 29 fələstinlini həbs ediblər.
Belə bir halda, sionist işğalçılar bu gün səhər tezdən Qüdsün Əlisbat girəcəyi qarşısında aksiyaçıların sıralarına basqın edərək, dəyənək, gözyaşardıcı qaz və səs qumbaraları ilə onları dağıdıblar. Bu hücumda azı otuz fələstinli yaralanıb.