İyul 27, 2017 12:10 Asia/Baku
  • Suriya ordusu Hums vilayətində irəliləyir
    Suriya ordusu Hums vilayətində irəliləyir

Suriyanın ordu qüvvələri bu gün Hums vilayətinin Əlsəxnə qəsəbəsinin cənub məhəllələrindən bəzilərinə daxil olublar.

IRNA-nın məlumatına görə, Suriyadakı yerli mənbələr bildiriblər ki, Suriyanın ordu qüvvələrinin Tədmurun şimal-şərqində yerləşən Əlsəxnə qəsəbəsinin darvazalarına daxil olmaları ilə bu məntəqədə təkfirçi-terrorçu İŞİD qrupu ilə döyüşlər davam edib.

Bu məlumata görə, terrorçuların Əlsəxnədəki müdafiə xətləri dağılıb və yalnız az sayda terrorçu bu məntəqədə qalıbdır.

Suriya müdafiə nazirliyinin informasiya portalı da dünən gecə bildiribdir ki, bu ölkənin ordusu və silahlı qüvvələri Suriyanın Badiyyə məntəqəsinin içərilərinə doğru irəliləyişi davam etdirərək, Əlsəxnənin cənub-qərbindəki bəzi yüksəkliklərə yiyələniblər. Əlsəxnə təkfirçi-terrorçu İŞİD qrupunun yeganə böyük bazasıdır ki, onun ələ keçirilməsi Suriya ordusunun Diyrəzzur şəhərinə doğru hərəkətini və onun üçillik mühasirəsini sındırmağı asanlaşdırır.

Digər bir xəbərə əsasən, Suriyanın ordu qüvvələri çərşənbə günü Raqqa şəhərinin cənub-şərqində yerləşən Dəlhə kəndinin yaxınlığındakı "Huvəycə Şənnan" qəsəbəsini azad ediblər.

Teqlər