Səud hərbçilərinin Ələvamiyyəyə qarşı hücumunda bir qrup insan yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277754-səud_hərbçilərinin_Ələvamiyyəyə_qarşı_hücumunda_bir_qrup_insan_yaralanıb
Səud hərbçilərinin Ərəbistanın şərqində yerləşən şiə sakinli Ələvamiyyə məntəqəsinə qarşı hücumunda bir qrup insan yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2017 12:48 Asia/Baku
  • Səud hərbçilərinin Ələvamiyyəyə qarşı hücumunda bir qrup insan yaralanıb
    Səud hərbçilərinin Ələvamiyyəyə qarşı hücumunda bir qrup insan yaralanıb

Səud hərbçilərinin Ərəbistanın şərqində yerləşən şiə sakinli Ələvamiyyə məntəqəsinə qarşı hücumunda bir qrup insan yaralanıb.

Təsnim xəbər agentliyinin məlumatına görə, səud rejiminin hərbçiləri bu gün Əlşərqiyyə vilayətində yerləşən Ələvamiyyə şəhərinin Şukrullah məntəqəsini öz hücumlarına məruz qoyublar.

Dünən səud hərbçilərinin Ələvamiyyəyə qarşı hücumlarında bir vətəndaş həlak olmuş, bir qrup insan da yaralanmışdı.

Səud hərbçiləri çərşənbə axşamı günü gecədən bəri Əlşərqiyyə vilayətində yerləşən mühasirə olunmuş şiə sakinli Ələvamiyyə şəhərinə qarşı artilleriya hücumlarını şiddətləndiriblər.

Ərəbistanın şərqi 2011-ci ildən bəri ədalətsizliyə və sərvətin ədalətsiz bölünməsinə etiraz əlaməti olaraq Ali-Səud rejiminə qarşı etirazlar səhnəsidir. Bu etirazlarda onlarla nəfər ölüb və bir qrup insan yaralanıbdır.