Qətərin əmiri BMT baş katibinə müraciət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277808-qətərin_əmiri_bmt_baş_katibinə_müraciət_edib
Qətərin əmiri Təmim Bin Həmd Ali-Sani Birləşmiş Millətlər Təşkiatlının baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bəzi önəmli müştərək məsələləri açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2017 07:51 Asia/Baku
  • Qətərin əmiri BMT baş katibinə müraciət edib
    Qətərin əmiri BMT baş katibinə müraciət edib

Qətərin əmiri Təmim Bin Həmd Ali-Sani Birləşmiş Millətlər Təşkiatlının baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bəzi önəmli müştərək məsələləri açıqlayıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, məktubun təfərrüatı barədə məlumat yayılmayıb amma Qətər rəsmiləri bildiriblər ki, Qətərin xəbər agentliyinə qarşı haker hücumunun amillərinin mühakimə edilməsinə görə beynəlxalq təşkilatlara şikayət ediblər və bu istiqamətdə bütün imkanlardan istifadə edəcəklər. 

Qətər rəhbərləri vaxtilə bu ölkənin rəsmi xəbər agentliyinin hak edilməsinə görə Birləşmiş Ərəb Əmirliklərini ittiham etmişdilər. 

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir iyunun 5-də Qətəri terrorçu qruplarla əlaqədə olmaqda ittiham edərək bu ölkə ilə diplomatik əlaqələrini kəsdilər.