Sudiyyə Ərəbistanı Yəmənə ağır hava hücumuna keçib
İyul 28, 2017 08:16 Asia/Baku
-
Sudiyyə Ərəbistanı Yəmənə ağır hava hücumuna keçib
Səudiyyənin təcavüzkar hərbi təyyarələri bu gün səhər Yəmənin müxtəlif bölgələrini azı 9 dəfə hədəfə alıblar.
İRİB-in verdiyi məlumata görə, Səudiiyyə-Amerikan hərbi təyyarələr bu gün səhər Yəmənin paytaxtı Sənanın müxtəlif bölgələrini o sıradan raket bölməsinin yerləşdiyi ərazini, Milli Təhlükəsizlik binasını, havadan müdafiə bazasını və hərbi sənaye kompleksini bombalayıblar.
Yəmən ordusunun raket bölməsi təcavüzkar səudiyyəlilərin təkrar cinayətlərinə cavab olaraq Ərəbistanın qərbində Məlik Fəhəd adına hava bazasını raketlərlə hədəfə alıb.
Teqlər