İyul 29, 2017 08:58 Asia/Baku
  • Ərəbistanın hərbi bazası yəmənlilərin nəzarətində
    Ərəbistanın hərbi bazası yəmənlilərin nəzarətində

Yəmən ordusu Ərəbistanın Cizandakı üç hərbi mövqeyi və əl-Cabiri bazasını öz nəzarətinə götürüb.

Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmənin bir hərbi rəsmisi bildirib: Yəmən ordusu və xalq qüvvələri cümə günü Cizanda əl-Cabiri bazası, əl-Fərizə, Məlhəmə və ə-Qaviyə hərbi mövqelərini nəzarətə götürüblər. 

Yəmənli hərbçinin sözlərinə görə, Yəmən ordusu və xalq qüvvələri çoxlu sayda səudiyyəli hərbçini öldürüb və yaralayıb, bir neçə hərbi avtomobili də məhv ediblər. 

Yəmən ordusu və xalq qüvvələrinin Nəcranın ətrafında Ərəbistanın bir hərbi mövqeyinə hücumu nəticəsində bir qrup səudiyyəli hərbçi ölüb və yaralanıb. 

Yəmən qüvvələri bu hücumda çoxlu miqdarda hərbi silah-sursatı qənimət götürüb. 

Teqlər