İyul 29, 2017 15:42 Asia/Baku
  • 
Ərsalda zəfər; Müqavimətin növbəti uğuru
    Ərsalda zəfər; Müqavimətin növbəti uğuru

Livan Hizbullahı Suriya ilə sərhəd məntəqədə yerləşən strateji əhəmiyyətli Ərsal yüksəkliklərini Ənnüsrə Cəbhəsi terror qruplaşmasının işğalından azad edərək, böyük bir uğura imza atıb.

Livan Hizbullahı baş katibinin müavini Ərsalda əldə edilən müvəffəqiyyəti “milli uğur” və “ilahi qələbə” adlandırıb. Şeyx Nəim Qasım Ərsalda həyata keçirilən əməliyyatın ordu, müqavimət qüvvələri və xalq tərəfindən birgə şəkildə həyata keçirildiyini deyərək, müqavimətin terrorizm ilə mübarizəni münasib zaman və məkanda davam etdirdiyini bildirib.

 

Ərsal yüksəkliklərində sabitlik tam təmin edildi. Livan Hizbullahı son dərəcə önəmli bir addımda Ərsal məntəqəsində Ənnüsrə Cəbhəsi terror qruplaşması tərəfindən işğal edilmiş və ümumi ərazisi 100 kvadrat kilometrə çatan strateji əhəmiyyətli əraziləri azad etdi. Bir zamanlar Beyrutu ələ keçirmək kimi xam xəyallara qapılan bu qruplaşma, indi Livan Hizbullahının dəmir yumrqları altında əzilərək, Ərsal yüksəkliklərindən geri çəkilməyə məcbr olub.

 

Livan Hizbllahının əməliyyat komandanı:

Keçilməz dağlıq ərazilər olan bu məntəqə 1 həftə ərzində terrorçulardan təmizləndi və bu Hizbullah qüvvələrinin imanından qaynaqlanan bir qüdrətdi. Elə düşmənləri qorxuya salanda budur.

 

Hizbullahın bu qələbəsi ətraf məntəqələrdə yaşayan Livanlı və Suriyalılar tərəfindən böyük sevinc ilə qarşılanıb.

 

Livan vətəndaşı:

Biz bu təhlükəsizliyimizə görə Hizbullaha borcluyuq. Terrorçular Suriyanın Əl-Qüsəyr şəhərindən Beyruta kimi əraziləri işğal etmək istəyirdilər. Amma, Ərsal yüksəkliklərindən də qovuldular.

 

İndi Hizbullah qüvvələri terrorçuların Ərsal yüksəkliklərindəki ən iri sığınacağını aşkar edərək, ərazinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb.

Bu gördüyünüz Ənnüsrə Cəbhəsi terror qruplaşmasının Ərsal yüksəkliklərindəki yeraltı sığınacağıdır. Bu tunel bizi terrorçuların əsas sığınacağına və yeraltı düşərgələrinə aparır. Buranın bir növ Ənnüscrə Cəbhəsi terrorçularının silah, hərbi sursat və tədarükat anbarı olduğunu da demək olar. Müşahidə etdiyiniz kimi burda çoxlu sayda minaatan və mini katyuşa mərmiləri var. Cəbhə xəttindəki terrorçular məhz bu düşərgə hesabına silah və hərbi sursat ilə təmin edilirdilər.

 

Hizbullah döyüşçüsü:

Bura Ənnüsrə Cəbhəsi terror qruplaşmasının əsas sığınacağı idi. Bu yeraltı düşərgə yerin 50 metr dərinliyində yerləşir və ümumi sahəsi təqribən 2000 metrdir. Bu yeraltı düşərgə ABŞ və İsrail tərəfindən verilmiş modern təchizatlar hesabına yaradılıb. Amma, Hizbullah qüvvələrinin ildırım sürətli hücumu qarşısında davam gətirməyən  terrorçular buradan qaçmağa məcbur olublar.

 

Hücum o qədər gözlənilməz olmuşdu ki, terrorçular hətta, ayaqqabılarını belə geyinməyə vaxt tapmayaraq, Ərsal yüksəkliklərini ayaqyalın tərk etməyə məcbur olublar.

Bu yeraltı düşərgə terror hücumlarının əməliyyat komandanlığı, partlayıcı kəmərlərin hazırlandığı məkan, səhra xəstəxanası və istirahət məkanı kimi istifadə edilirmiş. Əlbəttə, bu yeraltı düşərgədən Ənnüsrə Cəbhəsi terror qruplaşmasının ən böyük silah və hərbi sursat anbarı və tədarükat mərkəzi olaraq da istifadə edilirmiş.

 

Teqlər