Livanın şərqində yerləşən "Crud Fleytə" məntəqəsi terrorçulardan təmizlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277980-livanın_şərqində_yerləşən_crud_fleytə_məntəqəsi_terrorçulardan_təmizlənib
Livanın müqavimət qüvvələri ölkənin şərqində yerləşən Crud Fleytə məntəqəsinin terrorçulardan təmizləndiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2017 14:41 Asia/Baku
  • Livanın şərqində yerləşən

Livanın müqavimət qüvvələri ölkənin şərqində yerləşən Crud Fleytə məntəqəsinin terrorçulardan təmizləndiyini bildiriblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Livan müqavimətinin əməliyyat otağı şənbə günü, Ərsal məntəqəsinin azad edilməsi əməliyyatı zamanı bildirib: Ənnüsrə Cəhbəsi terrorçuları Crud Fleytə məntəqəsindən tam şəkildə qovulublar və terrorçular hazırda Ərsalın şərqində 5 kvadrat kilometrlik bir ərazidə mühasirəyə düşüblər.

Bundan öncə Ənnüsrə Cəbhəsi terror qruplaşması Crud Fleytə məntəqəsində təqribən 100 kvadrat kilometrlik bir ərazini işğal etməyi bacarmışdı.

Livan müqavimətinin əməliyyat otağı müqavimət qüvvələrinin terrorçuların Livanın şərqindəki bütün komandanlıq mərkəzləri və əməliyyat otaqlarını zərərsizləşdirdiyini və hazırda terrorçuların sadəcə bir əməliyyat otağının aktiv olaraq qaldığını bildirib.

Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatı 21 iyul tarixində başlanıb və müqavimət qüvvələri təqribən 3 il öncə terrorçular tərəfindən işğal edilmiş ərazilərin 95%-ni azad ediblər.