Yəməndə vəbadan həlak olanların sayı 1990 nəfəri ötüb keçib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278022-yəməndə_vəbadan_həlak_olanların_sayı_1990_nəfəri_ötüb_keçib
Ümumdünya Səhiyyə Təşkilatı şənbə günü bir hesabatda bildirib ki, indiyədək Yəməndə vəbaya yoluxma nəticəsində həyatını itirmiş insanların sayı 1992 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2017 03:50 Asia/Baku
  • Yəməndə vəbadan həlak olanların sayı 1990 nəfəri ötüb keçib
    Yəməndə vəbadan həlak olanların sayı 1990 nəfəri ötüb keçib

Ümumdünya Səhiyyə Təşkilatı şənbə günü bir hesabatda bildirib ki, indiyədək Yəməndə vəbaya yoluxma nəticəsində həyatını itirmiş insanların sayı 1992 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, həmçinin indiyədək bu ölkənin müxtəlif məntəqələrində 419 min 804 yəmənli vəbaya yoluxubdur.

Ümumdünya Səhiyyə Təşkilatı son zamanlar Yəməndə sağlam içməli suyun olmamasından nigarançılıq etmişdi.

Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsi və bu ölkənin infrastruktur təsisatları, xüsusən su təchizatı şəbəkəsinin dağılması ilə vəba xəstəliyi sürətlə Yəməndə yayılmaqdadır.